Bu gün I divizionun VIII turunda MOİK-i məğlub edən "Şəmkir" klubuna rəhbərlik tərəfindən mükafat vəd edildiyi barədə xəbər vermişdik.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik vədinə əməl edib. Belə ki, matçdan sonra rəhbərlik futbolçulara və texniki heyətə Şəmkir rayonunun tanınmış restoranlarından biri olan "Qəsr"də qonaqlıq verib. Bundan əlavə, komandaya sabah əsas mükafat olan 3 min manat da təqdim olunacaq.
Qeyd edək ki, doğma meydanda MOİK-i 1:0 hesabı ilə məğlub edən "Şəmkir" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Vüsal Yalçınoğlu, Şəmkir