Azərbaycanda idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.
Sportarena.az xəbər verir ki, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün dünyasını dəyişib. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.
Yaxınlarının verdiyi xəbərə görə, C. Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda ölüb. (Apa)