Çilinin "Audax İtaliano” klubunun futbolçusu Sebastian Pol həbs edilib.
Buna argentinalı futbolçunun azarkeşlərdən birini döyməsi səbəb olub.
Belə ki, "Audax İtaliano” Çili çempionatının X turunda səfərdə "Universidad Katolika”ya məğlub olub – 1:4. Pol meydanı tərk edən zaman gözlənilmədən tribunaya qalxıb və rəqib azarkeşlərdən birini döyməyə başlayıb. O, bu hadisədən dərhal sonra polislər tərəfindən həbs olunub.
Xatırladaq ki, "Neftçi"nin futbolçusu Katalin Tira "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam verib.