"Qəbələ" "Sent-Etyen"i qabaqladı

17:14 31 Oktyabr 2016

Noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda “Qəbələ” Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək.


Sportarena.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Sent-Etyen” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - noyabrın 2-də saat 18:15-də arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Fransa klubunun baş məşqçisi Kristof Qaltye media nümayəndələrinin suallarını cavablandıracaq.


Komandaların oyunöncəsi son məşqləri də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” 19:00-da, “Sent-Etyen” 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti