Əliyar Ağayevin DÇ-2018-in seçmə mərhələsində hansı oyuna təyinat aldığı dəqiqləşib.
Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, FİFA referimiz noyabrın 13-də keçiriləcək Kipr – Cəbəllütariq matçında ədaləti qoruyacaq.
Son vaxtlar ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən hakimimizin DÇ-2018-in hansısa seçmə mərhələ oyununa təyinat alacağı öncədən bilinirdi. Artıq təyinat dəqiqləşib və UEFA-dan bu barədə AFFA-ya rəsmi məktub gəlib. Qurum bu barədə açıqlama verməsə də, özəl mənbələrdən Kipr – Cəbəllütariq matçının həmyerlimizə tapşırıldığını öyrənmişik.
H qrupunun autsayderlərinin görüşü noyabrın 13-ü, saat 21:00-da start götürəcək. Bu komandalar hazırda yer aldıqları qrupda xal toplaya bilməyiblər.