Türkiyə Super Liqasında “Adanaspor”la oyunda 1-0 hesablı qələbə qazanan “Qalatasaray” komandanın hücumçusu Yasin Öztəkin komandadan uzaqlaşdırılıb.
Buna səbəb onun son matçda əvəz edildikdən sonra ehtiyat oyunçular skamyasında formasını yerə atması və oturacaqların şüşəsinə yumruq vurmasıdır.
Oyunun 60-cı dəqiqəsində əvəzlənən Öztəkin bununla baş məşqçi Yan Olde Riekerinkə etiraz edib. Matçdan sonra çalışdırıcıdan üzr istəsə də, cəzadan qurtula bilməyib.