“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir.
Ağdam klubunun son dövrlər zədəli olan aparıcı futbolçuları – Migel Madera və Reynaldo da artıq sıraya dönüb.
Onlar iki gündür komanda ilə birgə məşq edirlər. Böyük ehtimalla hər iki futbolçu noyabrın 3-də Salonikidə keçiriləcək oyunda meydana çıxacaq.
Qeyd edək ki, sözügedən futbolçular “Qarabağ”ın keçirdiyi son 4 qarşılaşmada iştirak etməyiblər.