Əliyar Ağayev rəsmən DÇ-2018-in oyununda

14:36 1 Noyabr 2016

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.


Sportarena.az xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 


Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Qeyd edək ki, oyun noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti