Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Fənərbaxça" - "Mançester Yunayted" matçının baş hakimi dəyişdirilib.
Sportarena.az xəbər verir ki, UEFA daha əvvəl oyunu idarə etməyi almaniyalı Manuel Qrafeniyə tapşırsa da, bu qərarı ləğv edib. Belə ki, görüşü Serbiyadan olan Milord Maziç idarə edəcək.
Hakim dəyişiklinin səbəbi isə məlum deyil.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də keçiriləcək.