Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan Superliqasının təqvimi açıqlanıb.
Sportarena.az xəbər verir ki, mübarizəyə ilk olaraq, noyabrın 3-də kişi voleybolçular başlayacaqlar. İlk turda “Nəqliyyatçı” komandası “Lokomotiv” ilə, “Naxçıvan” kollektivi “Sumqayıt” ilə, “Neftçi” isə MOİK ilə qarşılaşacaq.
Açılış mərasimi həmin gün saat 16:00-da başlayacaq.
Qadınlardan ibarət komandaların yarışına isə noyabrın 8-də start veriləcək. Azarkeşlər ilk turda “Telekom”-“Azəryol”, “Azərreyl”-“Lokomotiv” oyunlarını izləyə biləcəklər.
Superliqanın bu mövsümündə yenilik olacaq. Belə ki, çempionatda Gürcüstan təmsilçisi də çıxış edəcək.(azərtac)