AFFA birinci divizion klublarını cəzalandırdı

18:13 1 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda I divizionun VIII turunda keçirilmş qarşılaşmalarda yol verilmiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


I Divizionun VIII turunun “Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Oyunun 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub.


Oyunun 87-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Tofiq Mikayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.


I Divizionun VIII turunun “Şərurspor” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


I Divizionun VIII turunun “Şəmkir” – MOİK matçının 37-ci dəqiqəsində MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti