Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.
Bombardirlər orta hesabla hər qola neçə dəqiqə sərf etməsinə əsasən qiymətləndirilib.
Bu göstəricidə “Qəbələ”nin futbolçusu Baqali Dabo hamıdan üstün olub. Fransalı hücumçu Lionel Messi, Edinson Kavani, Edin Ceko və digər adlı-sanlı futbolçuları qabaqlayıb.
Dabo meydanda olduğu 451 dəqiqəyə 7 qol vurub.
Bu isə o deməkdir ki, o, orta hesabla hər 64 dəqiqə 1 qol vurub.
1. Baqali Dabo ("Qəbələ", Azərbaycan) – orta hsabla 64 dəqiqə
2. Klaudiu Keşeru ("Ludoqorets", Bolqarıstan) – 68 dəqiqə
3. Antoni Modest ("Köln", Almaniya) – 70 dəqiqə
4. Mussa Mareqa ("Vitoriya Gimaraynş", Portuqaliya) – 70 dəqiqə
5. Edison Kavani (PSJ, Fransa) – 77 dəqiqə
6. Lionel Messi ("Barselona", İspaniya) – 82 dəqiqə
7. Mett Derbişir ("Omoniya", Kipr) – 82 dəqiqə
8. Edin Ceko ("Roma", İtaliya) – 88 dəqiqə
9. Saba Lobjanidze ("Çixura", Gürcüstan) – 88 dəqiqə
10. Deni Alar ("Şturm", Avstriya) – 89 dəqiqə