Türk klubuna FİFA-dan transfer qadağası

00:51 2 Noyabr 2016

Beynəlxalq Futbol Assosasiyası FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub.

"Dənizlispor" qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu ala bilməyəcək.

Buna səbəb "Dənizlispor"un öz keçmiş futbolçusu Daniel Dimov-a olan borcu ödəməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, Dənizlispor öhdəliyi yerinə yetirməyib.


Digər xəbərlər

Xəbər xətti