Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı

14:56 2 Noyabr 2016

Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində boks üzrə qadınların Avropa çempionatına start veriləcək. 


Sportarena.az xəbər verir ki, yarışlara hazırlıqlarını davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks federasiyasında yekunlaşdırmaq üzrədir. Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa 48 kq çəki dərəcəsində Əzizə Abbasova, 51-də Anaxanım Ağayeva, 54 kq-da Anna Əlimərdanova, 57-də Məhsəti Həmzəyeva, 60 kq çəki dərəcəsində Yana Alekseyevna, 64 kq-da Məryəm Cəbrayılova, 75-də Şəhla Allahverdiyeva, 81 kq çəki dərəcəsində Leyla Cavadova və ən ağır çəkidə – 81 kq-dan artıq çəki dərəcəsində Aynur Rzayeva ilə hazırlaşır. 


Qeyd edək ki, milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək və yarışlara qatılacaq.


Digər xəbərlər

Xəbər xətti