FİFA Türkiyə klubuna transfer qadağası qoydu

15:18 2 Noyabr 2016

FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub.


Sportarena.az xəbər verir ki, buna səbəb "Dənizlispor"un öz keçmiş futbolçusu Daniel Dimov-a olan borcu ödəməməsidir. Bu səbəbdən "Dənizlispor" qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu ala bilməyəcək.


Qeyd edək ki, bir müddət öncə FİFA kluba futbolçunun borcunun bir ay ərzində ödəməsi barədə göstəriş versə də, "Dənizlispor" öhdəliyi yerinə yetirməyib.


Xatırladaq ki, "Dənizlispor"un Dimova 70 min avro borcu var.


Digər xəbərlər

Xəbər xətti