Türkiyə millisinin baş məşqçisi Fatih Terim sürpriz qərarlar verməyə hazırlaşır.
"İmperator" ləqəbli mütəxəssisin Kosova matçı üçün heyətə yeni futbolçular cəlb edəcəyi deyilir.
Fatih Terim Avropa çempionatından sonra Arda Turan, Burak Yılmaz, Selcuk İnan, Caner Erkin, Hakan Balta və Gökhan Gönülə dəvət göndərməmişdi. Daha sonra Hakan Balta və Caner Erkin milliyə qayıtsa da, digərləri kənarda qalmışdı.
Məlumata görə, baş məşqçi Arda Turan və Burak Yılmaza bu dəfə də dəvət göndərməyi düşünmür. Onların mətbuata açıqlamaları "İmperator"u daha da qəzəbləndirib. Halbuki, iki futbolçunun tezliklə yığmaya dönə biləcəyi deyilirdi.