"Barselona" ilk 30 dəqiqədə möhtəşəm oynadı. Bizim oyunun əvvəlində çox problemimiz var idi. Rəqib 2-ci qolu da vura bilərdi. Hesabı bərabərləşdirdikdən sonra vəziyyət dəyişdi. İlkayın qolu ilə üstünlük bizim tərəfə keçdi".
Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, Kataloniya klubu ilə başabaş mübarizə aparmağın çətin olduğunu bildirib:
"Qələbə qazandığımız üçün xoşbəxtəm. Dünyanın ən güclü komandasını udduq".