"Qrupdan çıxmaq şansımız davam edir. Qələbə qazansaydıq, şansımız daha çox olacaqdı. Birinci qolu rəqib də vura bilərdi. Ancaq hesabı açdıqdan sonra qol buraxacağımızı gözləmirdik".
Bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə oyundan (1:1) sonra deyib.
O, favorit rəqiblə oyunda 4 xal qazandıqlarını bildirib:
"Doğma meydanda məğlub edə biləcəyimiz "Dinamo" ilə oyunda 2 xal itirdik. "Benfika"ya da qalib gələ bilərdik. Çempionlar Liqasında təcrübəsiz olmağımıza baxmayaraq futbolçularımın oyunundan məmnunam. Qalan iki matçda nələrin olacağını bilmirəm".