Ansi Aqolli: "Növbəti iki oyuna köklənməmiz həlledici olacaq"

11:12 4 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə PAOK-u 1:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli jurnalistlərin suallarını cavablandırıb.


- Böyük qələbə oldu. Oyun barədə fikirlərin necədi?
- Özümüzü xoşbəxt hiss etdiyimizi deyə bilərəm. Yaxşı oynadıq, layiqli qələbə qazandıq. Artıq bundan sonrakı iki oyunu düşünməliyik. Onlar da vacibdi, köklənmə böyük rol oynayacaq.


- “Qarabağ”ın qrupdan çıxma şanslarını faiz etibarilə necə qiymətləndirmə bilərsən?
- Bu haqda danışmaq hələ tezdir. Bəli, üstünlük qazanmışıq, ancaq bu heç nə demək deyil. Təcrübəm mənə eyir ki, hər şeyi sona qədər gözləmək, çalışmaq və yalnız nəticəni təmin edəndən sonra rahatlaşmaq lazımdır. 


- PAOK-la bir xal pis nəticə olmayacaqdı. Oyuna bu fikirlə çıxmışdız?
- Yox. Heç bir komanda meydana uduzmaq üçün çıxmır. Mübarizə gedir, oyun müəyyən bir nəticə ilə bitir. Bu gecə biz qələbəni daha çox istəyən tərəf idik. “Qarabağ” qələbə qazandı, ən vacib olanı da budur.


- PAOK özünə oxşamadı. Daha dəqiqi biz adı ilə oyun üst-üstə düşməyən bir rəqibin oyununa şahidlik etdik...
- Razı deyiləm. Yunanlar yaxşı komandaya malikdirlər, güclü rəqibdirlər.


Digər xəbərlər

Xəbər xətti