Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye oyundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Sportarena.az xəbər verir ki, konfrans zalında səs-küyün yaranması fransalı çalışdırıcını özündən çıxarıb. Əsəbləşən Qaltye zalı tərk edib.