Bosniya və Hersoqovina millisinin DÇ-2018-in seçmə mərhələsində növbəti oyunu üçün heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç növbəti dəfə komandanın heyətində yer alıb. 28 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla oyun üçün yığmaya dəvət olunub.
Qeyd edək ki, Yunanıstan - Bosniya və Hersoqovina görüşü noyabrın 13-ü keçiriləcək.