Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil həftənin ən yaxşı oyunçusu seçilib. O, azarkeşlərin 26 faizinin səsini toplayıb.
Qeyd edək ki, Özil ÇL-də “Ludoqorets”lə səfər oyununda komandasının qələbə qolunu vurub. Topçular görüşü 2-3 hesabı ilə öz xeyrinə başa vurub.