Türkiyə Super Liqasında 15-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" öz meydanında "İstanbul Başakşəhər" klubunu qəbul edib. 32-ci dəqiqədə hesabı açan meydan sahibləri qələbə hesabını qoruya bilməyib. 36 və 60-ci dəqiqələrdə 2 qol buraxan "Qalatasaray" yekunda 1:2 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra aktivində 20 xal olan "Qalatasaray" 3-cü pillədə qərarlaşıb.