Ardanın əsgərlərə hədiyyəsi geri qaytarıldı

01:15 5 Noyabr 2016

"Barselona" klubunun türkiyəli futbolçusu Arda Turanın Van vilayətinin Özalp rayonunda xidmət edən əsgərlərə istilik batereyaları göndərməsi barədə məlumat vermişdik.
Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələrində araşdırma başlanıb, istilik batereyalarının Ardaya geri göndərilməsi barədə tapşırıq verilib.

Məlumata görə, sözügedən ərazidə yerləşən sərhəd zastavası 2011-ci ildə tam təmir olunub və əsgərlərin şəraiti ilə bağlı heç bir problem yoxdur.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, iki generatordan əlavə, zastava mərkəzi istilik sistemi ilə təmin olunub.

Növbətçi postlarda isə əsgərlərin qızınması üçün yağlı radiatorlardan istifadə olunur. Ardanın göndərdiyi infraqırmızı istilik batereyaları isə işıq saçdığından postlarda növbə çəkən əsgərlərin təhlükəsizliyi baxımından yararsız hesab olunub.

Xatırladaq ki, sərhədçilər Arda Turanın İnstaqram hesabına mesaj yazaraq üşüdüklərini, qızdırıcıya ehtiyacları olduğunu bildirmişdilər. Mesaja dərhal reaksiya verən ulduz futbolçu lazımi istilik batareyalarının Vana göndərilməsini təşkil etmişdi. 
///axar.az


Digər xəbərlər

Xəbər xətti