“Mançester Yunayted”lə Avropa Liqası oyununda gözəl qolla diqqət çəkən Musa Sou mətbuatın suallarını cavablandırıb.
-Bizə ilk 2 dəqiqəni şərh edə bilərsən?
- Hasan Ali mənə ötürmə etdi. O zaman 2 yolum var idi. Ya topu saxlamaq, ya da qapıya vurmaq.
-Və vurmağı seçdin. Niyə?
Bəli. Əslində bunu Fransada olarkən çox yoxlamışam. “Oser” və “Lion”a atdığım belə qolu xatırlayıram bir də “Fənərbaxça” forması ilə “Qalatasaray”a. Düzünü desəm bu zərbələrdə yaxşı olduğum üçün vurdum.
-Karyerandakı ən gözəl qol budur?
Ən gözəli…Bilmirəm. Ancaq böyük kluba qarşı vurduğum üçün xüsusi bir qol oldu.
-Bu zərbələr üzərində işləyirsən?
Xüsusi olaraq üzərində işləmirəm. Məşqdə imkan düşəndə yoxlayıram. Yəni hiss edəndə yoxlayıram.
-Qolun sosial şəbəkədə uzun müddət danışıldı. Kimlər təbrik etdilər?
Demək olar ki, hər kəs. Dostlarım köhnə komanda yoldaşlarım. Hətta meydandakılar belə. Felaini və Poqba təbrik etmək üçün yanıma gəldilər.