Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlanidya ilə qarşılaşacaq.
Oyundan əvvəl yığmamızın baş məşqçisi Robert Prosineçki "The Times" nəşrinə açıqlama verib:
"Heyətdə çox dəyişiklik etmədik. Rauf Əliyev zədə səbəbindən toplanışa dəvət almadı. Əvəzində isə "Bursaspor"un forvardı Dəniz Yılmaz ilk dəfə yığmaya çağırıldı. Yaxşı nəticələr əldə edəcəyimizə inanırdıq. Futbolçularıma güvənirəm. Artıq Azərbaycanın sürpriz edə biləcəyinə inananlar var. Əldə etdiyimiz nəticələr təsadüfi deyil. Biz Azərbaycan millisinin futbol oynamasını istəyirik".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.