Çempionlar Liqası qrup mərhələsində 4-cü turun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Ludogorets"lə səfər görüşündə (3:2) 1 qol və 1 məhsuldar ötürmə verən "Arsenal"ın futbolçusu Məsut Özil azarkeşlərin 26%-nin səsini qazanıb. O, Qaret Beyl, Robert Levandovski, Kevin de Bruyne, Antuan Qrizmann, Radamel Falkao, Qonzalo Hiquain və Adrian Ramosu geridə qoyub.