Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığması itki ilə üzləşib.
Müdafiəçi Ceymi Uord sıradan çıxıb. O, şərəfini qoruduğu "Berton"un İngiltərə Çempionşipi çərçivəsindəki "Barnsli" oyununda zədələnib. Bu üzdən də Uord Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək oyunda Azərbaycan millisinə qarşı oynamayacaq.