Şimali İrlandiya - Azərbaycan matçını idarə edəcək hakimlər müəyyənləşdi

10:11 8 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçını idarə edəcək hakimlər müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kleman Torpen olacaq. Bu işdə ona Nikola Danos və Kril Qrinor köməklik edəcək. 4-cü referi funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.
 

Qeyd edək ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Digər xəbərlər

Xəbər xətti