Azərbaycan Superliqası start götürür

14:12 8 Noyabr 2016

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına start veriləcək. 212 günlük fasilədən sonra başlayacaq ölkə çempionatının açılış matçında “Telekom” – “Azəryol”la üz-üzə gələcək.

Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favoritdilər. Lakin “Azəryol”un da rəqibinə ciddi müqavimət göstərməsi istisna deyil. Ən azından, bu komandanı “Telekom”un ilk baş məşqçisi, sonradan serbiyalı mütəxəssisin köməkçisi olan Eldar Yusubov çalışdırdığından rəqibin gücünə yaxşı bələddi.

Günün digər matçında isə son çempion “Azərreyl” “Lokomotiv”lə mübarizə aparacaq. “Dəmiryolçular”ın mübarizəsində Famil Ağayevin komandasının çətinlik çəkmədən qalib gəlməsi gözlənilir. Çünki rəqibin heyəti demək olar ki, məktəb şagirdlərindən qurulub.

I tur

8 noyabr

16:00. “Telekom” – “Azəryol”
“Azərreyl” Voleybol Mərkəzi

18:30. “Azərreyl” – “Lokomotiv”
“Azərreyl” Voleybol Mərkəzi

Qeyd edək ki, çempionatımızda iştirak edəcək Gürcüstanın “Tbilisi” klubunun nə vaxt oyunlarını keçirəcəyi hələ dəqiqləşməyib. 


Digər xəbərlər

Xəbər xətti