Millimizdə ŞOK itki - Rəşad Sadıqov zədələndi

14:30 8 Noyabr 2016

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiyaya qarşı oynayacaq millimiz bu gün səfərə yola düşüb.


Sportarena.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov Şimali İrlandiyaya qarşı oynamaya bilər. Belə ki, müdafiəçi bu gün səhər keçirilən məşqdə dizindən zədələnib. Məlumata görə, futbolçunun zədəsi ciddi deyil. Lakin kapitanın Şimali İrlandiyaya qarşı oynayıb-oynamayacağı dəqiq deyil. 


Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı saat 23:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti