Hakimi söyən futbolçuya 4 oyunluq cəza

14:59 8 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsin növbəti iclası keçirilib.
 

Sportarena.az xəbər verir ki, keçirilən iclasda birinci divizionun IX turunda baş vermiş intizamsızlıqlarla bağlı aşağıdajkı qərarlar qəbul olunub.
 

I Divizionun IX turunun "Energetik” – "Rəvan” matçının 59-ci dəqiqəsində "Rəvan” klubunun 8 №-li futbolçusu Eltun Xudadatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 

Oyunun 85-ci dəqiqəsində "Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur.
 

I Divizionun IX turunun "Səbail” – "Şahdağ” matçının 65-ci dəqiqəsində "Şahdağ” klubunun 22 №-li futbolçusu Habil Nurəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti