Meksikanın Tullasinqo şəhərində keçirilən həvəskar futbol liqasının oyunu zamanı hakim qətlə yetirilib.
Futbolçu Ruben Rivera Vaskes "qırmızı vərəqə" göstərən hakim Viktor Trexonun başına zərbə endirib. Təcili yardımın əməkdaşları onun həyatını xilas edə bilməyiblər.
Bildirilir ki, Vaskes hadisədən dərhal sonra qaçıb. Hadisənin videogörüntülərini təqdim edirik.