Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.
Belə ki, yığmamızın aparıcı cüdoçularından cüdoçularımızdan 3-ü mövqeyini yaxşılaşdırıb. Son cədvəldə 11 pillə irəliləyən Elxan Məmmədov bu dəfə daha bir rəqibini qabaqlayıb. 100 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz 7-ci yerə yüksəlib.
Onun kimi, İlqar Müşkiyevlə (60 kq) Aişə Qurbanlı (48 kq) da mövqeyini yaxşılaşdırıb. Həmyerlilərimiz müvafiq olaraq, 13-cü və 39-cu pilləyə qalxıblar.
Digər cüdoçularımızdan Rüstəm Orucovla (73 kq) Elmar Qasımova (100 kq) yenə 1-ci, Orxan Səfərov (60 kq) 2-ci, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Məmmədəli Mehdiyevlə (90 kq) Uşanqi Kokauri (+100 kq) 20-cidi.
Həmyerlilərimizdən yalnız Tərlan Kərimov (66 kq) geriləyib. O, 38-ci pilləni 44-ə dəyişib.(apasport)