"Yuventus" 2 futbolçusu ilə müqaviləni yeniləyir.
Sportarena.az xəbər verir ki, klub aparıcı futbolçuları Leonardo Bonuççi və Paulo Dibalanın xidmətində maraqlıdır. Belə ki, hər iki futbolçunun sözləşməsi 2021-ci ilə kimi uzadılacaq.
Yeni sözləşməyə əsasən, Bonuççinin illik qazancı 4,5 milyon avro olacaq. Dibala isə bonuslar nəzərə alınmadan ildə 5 milyon avro qazanacaq.