“Barselona”nın hücumçusu Neymar DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Argentina oyununda iştirak etmək üçün Belu-Orizonti şəhərinə yollanıb.
Neymar vətəninə şəxsi təyyarəsində üz tutub. Kataloniya - San Paulu reysində Neymarla birgə klubdakı yoldaşları, Argentina millisinin üzvləri Lionel Messi və Xavyer Maskerano da yer alıb.
Xatırladaq ki, Braziliya - Argentina matçı noyabrın 11-də keçiriləcək.