Vüqar Əsgərov komandasını məğlubiyyətdən xilas etdi

14:47 10 Noyabr 2016

Latviyanın yüksək liqasına vəsiqə uğrunda ilk pley-oyunu keçirilib. 
 
Elitaya ikinci vəsiqə uğrunda bu mövsüm 8 komanda arasında 7-ci yeri tutaraq aşağı diviziona düşmək təhlükəsiylə üzləşən "Metta" ilə azərbaycanlı futbolçular -Vüqar Əsgərov və Orxan Həsənəliyevin formasını geyindiyi aşağı liqanın gümüş medalçısı "Olayne" qarşılaşıb.
 
İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.
 
Orxan sonadək ehtiyatda qalıb. 90 dəqiqə meydanda olan millimizin sabiq hücumşusu Əsgərov isə məğlub durumda olan komandasının bərabərlik qolunu vurub.

Cavab matçı noyabrın 13-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti