Milli komandamızın kapitanı Rəşad Sadıqovun DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda meydana çıxmayacağı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, zədəsi ciddi olan təcrübəli müdafiəçinin əməliyyat olunacağı istisna deyil. Məlumata görə, futbolçu milli komandamızın Belfastdakı məşqində iştirak etməyib.
Qeyd edək ki, sabah Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.