"Trabzonspor"un transfer etmək istədiyi 3 futbolçunun kimliyi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə baş məşqçi Ersun Yanalla prezident Muharrem Ustanın görüşündə qərar verilib.
Məlumata görə, baş məşqçi "Borussiya"dan Nuri Şahin, PSV-dən Narsinq və "Aston Villa"dan Miçah Riçardsın transferini istəyib.
Ersun Yanal həmçinin Mehmet Ekici ilə tezliklə yeni müqavilə imzalanmasını tələb edib.