"Çelsi"nin futbolçusu Sesk Fabreqas Çin klubunun təklifini rədd edib.
Sportarena.az xəbər verir ki, ispan yarımmüdafiəçi Çin superliqası təmsilçilərindən biri ilə danışıqlardan imtina edib. O, həmçinin "Vest Hem" klubunda icarə əsasında oynamağa müsbət baxmır.
Qeyd edək ki, S.Fabreqas bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyun keçirib.