Millimizin oynayacağı stadionun son vəziyyəti - Fotolar

22:19 10 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşacaq millimizi bəzi çətinliklər gözləyir. Yığmamızın oyununun keçiriləcəyi “Uindsor Park” arenasının ot örtüyü yaxşı vəziyyətdə deyil. Stadionda qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur. Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söylədi. Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirdi. Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Millimizin oynayacağı stadionun son vəziyyəti (Qalereya)

Millimizin oynayacağı stadionun son vəziyyəti (Qalereya)

Millimizin oynayacağı stadionun son vəziyyəti (Qalereya)


Digər xəbərlər

Xəbər xətti