Nazim Süleymanov millidən qovuldu

12:33 11 Noyabr 2016

19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Nazim Süleymanov istefaya göndərilib. 


Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, buna səbəb yığmamızın uğursuz çıxış etməsi olub.

 
Nazim bəy ona göstərilən etimadı doğrultmayıb. Artıq yeni baş məşqçinin də adı bizə məlumdu. Belə ki, AFFA onun yerinə Təbriz Həsənovu gətirib. Buna baxmayaraq, həm də "Səbail"in Müşahidə Şurasının üzvü olan Həsənov klubdakı işindən imtina etmək niyyətində deyil.
 

Qeyd edək ki, Təbriz Həsənov sonuncu dəfə U-17 millimizdə çalışıb.
 

Bundan başqa U-17 millimizin də çalışdırıcısının adına aydınlıq gəlib. Yeni ilin ilk ayından etibarən Mirbağır İsayev bu işin icrasına başlayacaq. O, da son olaraq U-16-da çalışıb.


Digər xəbərlər

Xəbər xətti