Cüdoçumuz erməniyə qalib gəldi

13:32 11 Noyabr 2016

İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.


Sportarena.az xəbər verir ki, 60 kq-da ölkəmizi təmsil edən yığmamızın üzvü Davud Məmmədsoy yarışın ilk günü mübarizəyə qoşulub.

1/16 final mərhələsində cüdoçumuzun rəqibi erməni Şahen Abaqyan olub. Rəqibini yuko ilə məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. 


Qeyd edək ki, təmsilçimiz 1/8 finalda Belçika təmsilçisi Yorre Verstraetenlə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti