AFFA "Şahdağ", "Şərurspor" və MOİK-i cərimələdi

14:39 11 Noyabr 2016

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda I divizionun X turunda keçirilmiş görüşlərdə yol verilmiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


I Divizionun X turunun “Şahdağ” – “Ağsu” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Oyunun 85-ci dəqiqəsində “Şahdağ” klubunun 8 №-li futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


I Divizionun X turunun “Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor” klubunun 5 №-li futbolçusu Qadir Həşimli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


I Divizionun X turunun “Mil-Muğan” – MOİK matçında “Mil-Muğan” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti