Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı başlayıb.
Sportarena.az xəbər verir ki, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyurlar.
Yarışın ilk günündə A.Səmədov, E.Həsənov və M.Rəcəbli mübarizəyə qoşulublar.
Yığmamız yarışda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında iştirak edir.
Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edir.
“Armeets Arena”da keçirilən yarışda 80 ölkədən samboçular birincilik uğrunda mübarizə aparırlar.(azərtac)