Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, "Boavişta"nın yarımmüdafiəçisi Emin Mahmudov ilk "11-lik"də yer aldığı üçün sevincli olduğunu bildirib. O, öz
"Facebook" səhifəsində DÇ-2018-in seçmə mərhələsində bu gün Şimali İrlandiya ilə keçiriləcək oyunda iştirak edəcəyi üçün sevindiyini bildirib:
"Bugünkü oyunda baş məşqçinin mənə güvənməsinə çox sevinirəm. Milli komandam üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Belfastda keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.