Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsindəki dördüncü oyununda səfərdə Şimali İrlandiya ilə qarşılaşır. İlk hissəsi başa çatan matçda millimiz 0:2 hesabı ilə məğlub olur.
Bu qollar Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsində buraxdığı ilk qollardır. Buna qədər millimizin qapıçısı Kamran Ağayev 3 oyunda qapısını toxunulmaz saxlamışdı.