Səfər oyununda Şimali İrlandiyadan sarsıdıcı məğlubiyyət alan Azərbaycan yığmasını vətənə qaytaran təyyarə bu gün Bakı vaxtı ilə saat 13.00-da Belfast hava limanından havaya qalxacaq.
Sportarena.az xəbər verir ki, AZAL-ın "Boeing 787 Dreamliner" təyyarəsində yaranan texniki nasazlıq artıq aradan qaldırılıb. Nümayəndə heyəti bu müddətdə hava limanının yaxınlığındakı "Maldron" otelində gözləyib.