Yoahim Löv Almaniya millisinin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, bu, DÇ-2018-in seçmə mərhələsində San Marinoya 0:8 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb.
Belə ki, bu, Lövün rəhbərliyi altında Almaniya millisinin 95-ci qələbəsi olub. Bununla da o, Bundestimin tarixində ən çox qələbə qazanan baş məşqçi olub.
Qeyd edək ki, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirən Y.Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, Almaniya millisi ilə 2010-cu il dünya çempionatında bürünc, Avropa çempionatlarında bürünc (2012, 2016) və 2014-cü il dünya çempionatında isə qızıl medal qazanıb.