Fatih Terim 4 oyunçunu millidən kənarlaşdırdı

15:33 12 Noyabr 2016

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Kosova yığmasını qəbul edəcək Türkiyə millisinin heyətindən 4 futbolçu kənarlaşdırılıb. 


Sportarena.az xəbər verir ki, UEFA-nın qaydalarına əsasən, heyətdə 23 futbolçu yer almalıdır. Bu səbəbdən millinin baş məşqçisi Fatih Terim Enes Ünal,  Okay Yokuşlu, Çağlar Söyüncü ve Bilal Başacıkoğlunu heyətdən kənarlaşdırıb. 


Xatırladaq ki, dünən oyunöncəsi mətbuat konfransında Terimin açıqladığı heyətdə 27 futbolçu yer alırdı. Bu gün isə bu rəqəm 23-ə enib.


Qeyd edək ki, Türkiyə - Kosova matçı bu gün, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti